Xəbərlər

Kobaxidze: Makron Gürcüstana yox, Ukraynaya diqqət yetirməlidir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Fransa prezidenti Emmanuel Makrona Gürcüstan əvəzinə Ukraynaya diqqət yetirməyi tövsiyə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kobaxidze jurnalistlərə müsahibəsində deyib.

“Fransa prezidenti dağıdılmasına göz yumduqları, öz məqsədləri üçün qurban verdikləri Ukraynaya diqqət yetirsin. Bu gün hər kəsin üzləşdiyi problem dağıdılmış Ukraynadır”, – Baş nazir əlavə edib.