“Gürcüstan müxalifəti davam edən etiraz aksiyaları ilə ölkənin inkişafına mənfi təsir edə bilməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Müxalifətin hərəkətləri o zaman ölkəmizə zərər verə bilər ki, radikal müxalifətin zorakılıq resursu olsun. Biz bu resursu 5 gün ərzində təhlükəsizləşdirdik, ona görə də onlar bu hərəkətləri ilə heç bir neqativ nəticəyə nail ola bilməyəcəklər”, – Kobaxidze qeyd edib.