Xəbərlər

Kobaxidze: müxalifət konstitusiya sisteminə qarşıdır

“Müxalifət, eləcə də onu dəstəkləyən qeyri-hökumət təşkilatları (QHT) Gürcüstanda konstitusiya quruluşuna qarşı çıxmağa çalışır”.

“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

“Onlar bu ölkədə konstitusiya quruluşuna qarşı çıxmağa çalışırlar, amma hamı yaxşı bilir ki, dövlət öz yerindədir və təbii ki, heç kim konstitusiya quruluşunu sarsıda bilməyəcək”, – Kobaxidze bildirib.