Xəbərlər

Kobaxidze: Qərblə münasibətlər 2025-ci ildə yaxşılaşmağa başlayacaq

“Gürcüstanın Qərblə münasibətləri 2025-ci ilin birinci rübündən yaxşılaşmağa başlayacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib.

“Qərblə münasibətlərin əhəmiyyətli dərəcədə yenidən qurulmasına gəlincə, düşünürəm ki, bütün bunlar gələn ilin birinci rübündə başlayacaq. Ukraynada döyüşlər yaxın vaxtlarda başa çatacaq və Qərb dövlətlərinin maraqları dəyişəcək”, – Kobaxidze bildirib.