Xəbərlər

Kobaxidze seçkilərdən əvvəl mümkün təxribatların qarşısını almağa çağırıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hüquq-mühafizə orqanlarının əməkdaşlarını ayıq-sayıq olmağa və oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi müxalifətin mümkün təxribatlarının qarşısını almağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kobaxidze brifinqdə deyib.

“2016-cı ildə deputat Givi Tarqamadzeyə sui-qəsd cəhdində ittiham olunan Darço Xeçuaşvilinin Gürcüstana qanunsuz daxil olmaq cəhdi fonunda və radikal müxalifətin partiya ofislərində aparılan cari söhbətləri nəzərə alaraq, bütün hüquq-mühafizə qurumlarını növbəti iki həftə ərzində xüsusi sayıqlıq göstərməyə və təxribatların qarşısını almaqla bağlı diqqətlə işləməyə çağırıram”, – Kobaxidze bildirib.