Xəbərlər

Kobaxidze: Ukrayna münaqişəsinin qarşısını almaq olardı

“2008-ci ildə Cənubi Osetiyada da, Ukraynada da hərbi münaqişənin qarşısını almaq olardı, lakin bu münaqişə qlobal müharibədə maraqlı olan qüvvələr tərəfindən bilərəl alovlandırıldı”.

“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsində deyib.

“Bizim fikrimizcə, Ukraynada müharibənin qarşısını almaq olardı. Təəssüf ki, baş verən hadisələr Ukrayna üçün dağıdıcı nəticələrə gətirib çıxardı. Qlobal müharibənin tərəfi olan bəzi dövlətlər Ukraynada müharibənin baş verməsi üçün hər şeyi etdi”, – Kobaxidze bildirib.