Xəbərlər

Kolumbiya 300 il öncə batan gəmidən xəzinə çıxarıb

Kolumbiya Karib dənizində batan İspaniya hərbi gəmisi “San Jose”dən ilk artefaktları bərpa edib. Hakimiyyət orqanları qəzadan qızıl və bürünc sikkələrin, çini fincan və topun çıxarıldığını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN International” məlumat yayıb.

“San Jose” gəmisi 1708-ci ildə İspaniya mirası urunda müharibə zamanı Britaniya Kral Donanması tərəfindən batırılıb. O dövrdə gəmi Latın Amerikasındakı Peru və Kolumbiya kimi İspan koloniyalarından İspaniya kralına çoxlu miqdarda qızıl, gümüş və zümrüd daşıyırdı.

Qeyd edək ki, bu xəzinənin hazırkı dəyərinin milyardlarla dollar olduğu təxmin edilir.