“Kolumbiya BRİCS-ə qoşulmaqda maraqlıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillo “İzvestiya” qəzetinə müsahibəsində deyib.
“Ölkə hazırda BRİCS ilə baş verənlərə böyük maraqla baxır. Biz ölkəmizdə daha yaxşı şərait yaratmaq üçün maliyyə imkanları axtarırıq”, – nazir qeyd edib.