2024-cü ilin hazırlıq planına əsasən, komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq, şərti düşmən mövqelərinə qəfil hücum və mövqelərin tutulması üzrə tapşırıqlar yerinə yetirilib:
“Ələ keçiriləcək mövqelərin əraziləri taktiki və vizual olaraq qiymətləndirilib, daha sonra minaatanların atəş dəstəyi ilə qəfil hücum icra edilib. Keçirilən taktiki-xüsusi təlimdə yüksək peşəkarlıq nümayiş etdirən komandolar atəş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər”.