“ABŞ-ın Ukraynaya yardımı gələcək nəsillər üçün ciddi maliyyə nəticələrinə səbəb ola bilər”.
“Füyuzat “ın məlumatına görə, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Eli Kreyn söyləyib.
“Biz gələcək nəsilləri müflis edəcək başqa bir əbədi müharibəni maliyyələşdiririk. Eyni zamanda, cənub sərhədimiz açıq qaldığı üçün öz təhlükəsizliyimizə məhəl qoymuruq”, – Kreyn bildirib.
Həmçinin Kreyn ABŞ-ın Ukraynaya kömək üçün vergilərin artırılması imkanını müzakirə etməsini “absurd” adlandırıb.