“ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukraynaya maliyyə ayırır, amerikalılar isə çətinliklərlə üzləşir”.
“Füyuzat”ın məlumatına görə bu fikri çərşənbə günü ABŞ Nümayəndələr Palatasının üzvü Marjorie Taylor-Greene bildirib.
“ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harris Ukraynaya daha 6 milyard dollar verirlər. Bununla yanaşı, amerikalıların çoxuna ərzaq və elektrik enerjisinə çıxışa imkan vermirlər. Demokratlar planlamalarında Amerikanı sonuncu sırada saxlayırlar”, – deyə o, “X” səhifəsində yazıb.