Xəbərlər

Konqresmen: Demokratlar Trampı hədəf alıb

“Demokratlar ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Trampı hədəfə çevirib, ona görə də siyasətçiyə qarşı sui-qəsd cəhdlərinə görə məsuliyyət daşıyırlar”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor-Qrin deyib.

“Demokratlar və onların əsas media tərəfdaşları keçmiş Prezident Trampa qarşı sui-qəsd cəhdinə görə məsuliyyət daşıyırlar. Onlar Trampı hədəfə alıblar və bir çoxları açıq şəkildə onun öldürülməsinə çağırış edirlər”, – Teylor-Qrin “X” səhifəsində bildirib.