Koreya Respublikasının hakimiyyət orqanları Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında əməkdaşlığı izləyir və onun inkişafından asılı olaraq addım-addım tədbirlər görmək niyyətindədir.
“Füyuzat”ın məlumatına görə, bunu Koreya Respublikasının Birləşmə Nazirliyinin rəsmi nümayəndəsi Ko Byonq Sam brifinq zamanı deyib.
“Hökumət dəfələrlə Rusiya və Şimali Koreya arasında hərbi və iqtisadi əməkdaşlığın gücləndirilməsi ilə bağlı qətiyyətli mövqeyini ifadə edib”, – nümayəndə bildirib.