Xəbərlər

Koreya və ABŞ-ın davamlı təlimlər keçməsi münaqişəyə səbəb ola bilər

“Koreya yarımadası ABŞ və Cənubi Koreya Respublikasının hərəkətləri nəticəsində dünyanın ən gərgin hərbi təlimlərinə səhnə olub”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Xalq Demokratik Respublikasının (KXDR) Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Aydındır ki, dünyanın ən qaynar nöqtəsi və atəşkəs vəziyyətində olan Koreya yarımadasında bu cür təhdidedici hərəkətlərin baş verməsi yalnız gərginliyə səbəb olur və regionu geri dönməz fəlakətə sürükləyir”, – məlumatda bildirilib.