“Alimlərin fikrincə, koronavirusun yeni variantı yayılmağa başlayıb. Bu, tezliklə dominant tipə çevrilə bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edilib ki, iyun ayında Almaniyada XEC variantı aşkar edilib. Bundan başqa, Böyük Britaniyada, ABŞ-da, Danimarkada və bir sıra başqa ölkələrdə də virusa yoluxma halları qeydə alınıb.
Mütəxəssislər deyirlər ki, vaksinlər ağır xəstəliklərin qarşısını almağa kömək edəcək, lakin payızda bəzi yeni mutasiyaların yayılma riski var.
Peyvəndlər son variantlara qarşı daha yaxşı qorunma təmin etmək üçün yenilənib, lakin Omicron subvariantlarından yaranan XEC bu kateqoriyaya daxil deyil.