“Biz səbirlə münasibətləri yaxşılaşdırmağa doğru gedirik. Atılacaq çoxlu addımlar var”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə ABŞ arasındakı münasibətlərlə bağlı Rusiya mətbuatına açıqlamasında bildirib.
“ABŞ-la əlaqələrimiz yaxşı istiqamətdə irəliləyir. Münasibətlərin canlandırılması çox çətin bir işdir, intensiv diplomatik və digər səylər tələb edir. Qarşılıqlı etimadı gücləndirmək üçün kiçik addımlar atılır. İki ölkənin diplomatik nümayəndəliklərinin normal fəaliyyəti ilə bağlı çoxlu nüanslar var. Təbii ki, dərhal nəticə əldə etmək mümkün deyil. Çox böyük problemlər var. Onlar uzun müddət diqqətdən kənarda qaldı. Biz səbirlə münasibətləri yaxşılaşdırmağa doğru gedirik. Atılmalı çoxlu addımlar var. Ancaq başa düşmək lazımdır ki, Rusiya-ABŞ münasibətlərinə nə qədər ziyan vurulub”, – Peskov əlavə edib.