Xəbərlər

Kreml: Avropanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə müsbət baxmırıq

“Biz Avropanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə müsbət baxmırıq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kremlin bəyanatında qeyd olunub.

“Biz Avropanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə müsbət baxmırıq. NATO qoşunları Ukraynada yerləşdirilməməlidir. ABŞ-ın səylərinin davam edəcəyinə ümid edirik. Rusiya Vladimir Putinin Çinə səfərinə hazırlaşır.

Ukraynada təhlükəsizlik zəmanətləri ilə bağlı ictimai müzakirələrin faydalı olmayacağına inanırıq. Ukrayna ilə yüksək səviyyəli danışıqların effektiv olması üçün hərtərəfli hazırlıq görülməlidir”, – məlumatda bildirilib.