Xəbərlər

Kreml: Putin mayın 16-17-də Çinə səfər edəcək

Rusiya prezidenti Vladimir Putin Çin sədri Si Cinpinin dəvəti ilə Çinə dövlət səfərinə gedəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə 2024-cü il mayın 16-17-də vəzifəsinin icrasına başladıqdan sonra xaricə ilk səfəri çərçivəsində Çin Xalq Respublikasına dövlət səfəri edəcək”, – məlumatda deyilib.

Qeyd edək ki, ötən il martın 20-22-də, daha 5 illik müddətə yenidən seçildikdən cəmi 10 gün sonra Çin prezidenti Rusiyaya rəsmi səfərə gəlmişdi. Öz növbəsində Vladimir Putin 2023-cü ilin oktyabrında Pekində keçirilən “Bir kəmər, bir yol” layihənin fəxri qonağı olub.