Xəbərlər

Kreml: Rusiyanın iştirakı olmadan Ukrayna barədə danışıqlar nəticəyə yönəlməyib

“Rusiyanın iştirakı olmadan Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar nəticəyə yönəlməyib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz bu sülh konfransının hansı mərhələ olduğunu başa düşə bilmirik. Nə dərəcədə ciddi nəticələr ola bilər? Rusiyanın iştirakı olmadan nə danışılır? Bu, nəticə üçün nəzərdə tutulmayan bir növ təşəbbüsdür”, – Peskov qeyd edib.

O əlavə edib ki, Rusiyanın sülh danışıqları ilə bağlı mövqeyi hamıya məlumdur: “Bu, ardıcıldır, tamamilə şəffafdır, dəfələrlə təkrarlanıb və prezidentimiz tərəfindən təsdiqlənib”.

Qeyd edək ki, aprelin 11-də Rusiya prezidenti Vladimir Putin və onun belaruslu həmkarı Aleksandr Lukaşenko Kremldə danışıqlar aparıb, bundan sonra Rusiya lideri Moskvanın heç vaxt mübahisələri sülh yolu ilə həll etməkdən imtina etmədiyini və münaqişənin həllinin məhz bu variantına həmişə meylli olduğunu bəyan edib. Belarus dövlət başçısı qeyd edib ki, 2022-ci ilin yazında hazırlanmış İstanbul sazişləri Ukrayna böhranının nizamlanması üzrə danışıqlar üçün başlanğıc nöqtəsi ola bilər.