“Kreml Vaşinqtonda baş verən təyyarə qəzasında həlak olanların yaxınlarına başsağlığı verir”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu gün Vaşinqtondan pis xəbər gəldi. Biz təyyarə qəzasında həlak olanların ailələrinə, dostlarına və həmvətənlərinə başsağlığı veririk”, – Peskov qeyd edib.
Qeyd edilib ki, rusiyalı diplomatlar artıq Vaşinqtonda qəzaya uğrayan təyyarənin göyərtəsində rusların olub-olmaması ilə bağlı məlumatları yoxlayır.