Xəbərlər

Kremlin sözçüsü: Rusiya Yaxın Şərq ölkələrini təmkinli olmağa çağırır

“Rusiya Yaxın Şərqdə siyasi və diplomatik vəziyyətdən dərin narahatdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

“Biz regionda gərginliyin artmasından son dərəcə narahatıq. Regionun bütün ölkələrini təmkinli olmağa çağırırıq. Daha da gərginləşmək heç kimin marağında deyil. Ona görə də təbii ki, biz bütün fikir ayrılıqlarının yalnız siyasi və diplomatik yolla həll olunmasının tərəfdarıyıq”, – Kreml sözçüsü İranın İsrail ərazisinə zərbə endirməsindən sonra bölgədəki vəziyyəti şərh etməyi xahiş edərkən deyib.

Qeyd edək ki, aprelin 13-ü axşam saatlarında İran Dəməşqdəki səfirliyinin konsulluğuna hücuma cavab olaraq İsrailə doğru pilotsuz təyyarələr və raketlər atıb. Tehran İsraildəki hərbi obyektlərin hədəfə alındığını bildirib. Ölən və ya xəsarət alanlar barədə məlumat verməyib.