Xəbərlər

KTMT baş katibi: Ermənistan təşkilatı tərk etməyib

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmayıb, İrəvanın üzvlüyü dayandırılıb”.

“Füyuzat”ın məlumatına görə, bunu jurnalistlərə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov “KTMT-yə üzv dövlətlərin xalqlarının Böyük Vətən Müharibəsində Qələbəyə töhfəsi” beynəlxalq elmi-praktik konfransı çərçivəsində deyib.

“İstənilən halda Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində bundan sonrakı iştirakı bu ölkənin, yəni müstəqil, suveren dövlətin siyasi rəhbərliyinin qərarıdır. Biz onların qərarlarına hörmət edirik”, – Tasmaqambetov qeyd edib.