“KTMT Mərkəzi Asiya regionunda fövqəladə hallar zamanı hərəkətlərin əlaqələndirilməsi üçün humanitar mərkəz yaradacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə KTMT baş katibinin müavini Valeri Semerikov məlumat yayıb.
“Bir sıra dövlətlərin Kollektiv Təhlükəsizlik Şurasının təklifi ilə Mərkəzi Asiya regionunda fövqəladə hallara cavab tədbirlərinin əlaqələndirilməsi üçün humanitar mərkəzin yaradılması məsələsinə baxılıb. Beləliklə, bu istiqamətdə qərar qəbul edilib”, – Semerikov bildirib.



