Xəbərlər

KTMT-nin sülhməramlı təlimləri başlayıb, Ermənistan qatılmayıb

Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Unstructible Brotherhood-2024” sülhməramlı təlimlərinin aktiv mərhələsi başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Qeyd edilib ki, oktyabrın 1-dən oktyabrın 5-dək baş tutacaq təlimdə əsas məqsəd KTMT Sülhməramlı Qüvvələrinin sülhməramlı əməliyyatlarının hazırlanması və keçirilməsinin effektiv təşkilini məşq etməkdir.

Təlimlərdə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın hərbi kontingentləri iştirak edirlər. Ermənistan tərəfi təlimlərə qatılmayıb.