Xəbərlər

KTMT Qırğızıstanda “Poisk-2024” təliminə başlayıb

KTMT-nin kəşfiyyat qüvvələri və vasitələri ilə keçirilən “Poisk-2024” xüsusi təlimləri çərçivəsində kəşfiyyat qrupları təlim ərazilərinə yerləşdirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS-a KTMT-nin Birgə Qərargahının mətbuat katibi Vladislav Şeqrikoviç məlumat verib.

“Qırğızıstan Respublikasında “Edelveys” poliqonunda “Poisk-2024″ kəşfiyyat qüvvələri və vasitələri ilə keçirilən xüsusi təlim çərçivəsində kəşfiyyat qrupları tapşırığın yerinə yetirildiyi ərazilərə yerləşdirilib”, – məlumatda bildirilib.

Məlumata görə, kəşfiyyatçılar şərti düşmənin və qeyri-qanuni silahlı birləşmələrin müxtəlif hədəflərini axtarmalı, həmçinin silahların koordinasiyalı atəşini nizamlamalı və digər xüsusi tədbirlər həyata keçirməli olacaqlar.

Qeyd edək ki, təlim çərçivəsində kəşfiyyata birgə nəzarət mərkəzi yaradılıb.