Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Qarşılıqlı fəaliyyət-2024”, “Axtarış-2024” və “Eşelon-2024” təlimlərinin iştirakçıları Qırğızıstana yollanıb.
“Füyuzat”ın məlumatına görə, bunu KTMT-nın Birgə Qərargahının mətbuat katibi Vladislav Şeqrikoviç TASS-a müsahibəsində deyib.
“Sentyabrın 3-dən 6-dək KTMT-nın “Qarşılıqlı fəaliyyət-2024” Kollektiv Çevik Reaksiya Qüvvələri (CRRF) ilə komanda qərargah təlimi keçiriləcək. “Axtarış-2024” və “Eşelon-2024″ xüsusi təlimlərinin iştirakçıları da yenidən qruplaşırlar”, – Şeqrikoviç qeyd edib.