Kuba artıq BRİCS-ə tərəfdaş statusu almaq üçün rəsmi ərizə göndərib.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın Havanadakı səfiri Viktor Koronelli TASS-ın müxbirinə müsahibəsində deyib.
“Kuba BRİCS assosiasiyasının işinə qoşulmaqda maraqlıdır. Üstəlik, Rusiya bu il BRİCS-ə sədrlik etdiyi üçün onlar artıq Rusiya tərəfinə tərəfdaş statusu almaq üçün rəsmi ərizə təqdim ediblər”, – diplomat bildirib.