Kubanın xarici işlər naziri Bruno Rodriguez Parrilla İsrailin Suriyaya qarşı təcavüzünü kəskin şəkildə pisləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
“Biz İsrailin Suriya ərazisində insanların ölümü və yaralanması ilə nəticələnən hücumunu qəti şəkildə pisləyirik. İsrail Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmir, beynəlxalq hüququ və BMT Nizamnaməsini açıq şəkildə pozur. Bu cür hərəkətlər regional təhlükəsizlik və sabitliyə təhdiddir”, – Parrilla bildirib.