“Kuba Rusiyanı təcrid etmək cəhdlərinə və ona qarşı birtərəfli sanksiyaların tətbiqinə qarşıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Karib hövzəsi respublikasının xarici işlər nazirinin müavini Jozefina Vidal Ferreyro deyib.
“Kuba Rusiyaya qarşı birtərəfli sanksiyalara və onu təcrid etmək cəhdlərinə qarşıdır. Karib Respublikası Avropadakı mövcud münaqişənin bütün ölkələrin şəxsiyyətinə və suverenliyinə, eləcə də sülh və sabitliyə zəmanət verəcək dinc vasitələrlə diplomatik, konstruktiv və real həllinə tərəfdardır”, – müavin əlavə edib.



