Azərbaycanın bəzi bölgələrində iyulun 18-19-da əsasən gündüz saatlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Ordubad, Culfa, Daşkəsən, Balakən, Şəki, Qobustan, Şamaxı, İsmayıllıda şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.