Koreya Xalq Demokratik Respublikası (KXDR) Xarici İşlər Nazirliyi (XİN) Yeddilik Qrupunu (G7) “nüvə qrupu” adlandırıb və üzv ölkələri nüvə silahından imtina etməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
“KXDR XİN-i G7 ölkələrinin qlobal sülh və təhlükəsizliyin pozulmasından, suveren dövlətin müharibənin qarşısını almaq üçün qanuni vasitələrə sahib olmaq hüququnu sual altına qoymasından ciddi narahatlığını ifadə edir”, – məlumatda bildirilib.



