Xəbərlər

Latviya Ottava Konvensiyasından çıxmaq haqqında qanunu təsdiqləyib

Latviya prezidenti Edqars Rinkeviçs ölkənin piyada əleyhinə minaların istifadəsini, istehsalını və əldə edilməsini qadağan edən Ottava Konvensiyasından çıxması haqqında qanunu imzalayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Delfi” portalı məlumat yayıb.

“Regional təhlükəsizlik vəziyyətinin inkişaf dinamikasını nəzərə alaraq, Latviyanın öz hərəkətlərinin çevikliyini məhdudlaşdırmamaq və çəkindirmə gücünü artırmaq, dövlətin və onun əhalisinin mühafizəsini təmin etmək üçün müxtəlif silah sistemlərindən və həll yollarından istifadə etmək imkanına malik olması vacibdi”, – qanunda qeyd olunub.