Xəbərlər

Latviya üç rusiyalını ölkədən çıxarıb

Latviya daimi yaşamaq icazəsi olmayan üç Rusiya vətəndaşını ölkədən çıxarıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Latviya Daxili İşlər Nazirliyinin Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinin (OCMA) nümayəndəsi Maira Rouza bildirib.

Onun sözlərinə görə, Latviya hakimiyyəti Avropa İttifaqının daimi sakini statusu almamış üç rusiyalını ölkədən çıxarıb.

Qeyd edək ki, yaşayış icazəsi bitmiş daha 1,5 min rusiyalı Latviyanı könüllü tərk edib.