Xəbərlər

Latviya Ukrayna üçün ən azı 2 milyon avro ayıracaq

“Latviya hökuməti Ukraynanın ehtiyacları üçün Amerika silahlarının alınmasına azı 2 milyon avro ayıracaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Baltikyanı Respublikanın Baş naziri Evika Silina deyib.

“Latviyanın bu təşəbbüsə ayıracağı maliyyə həcmi hələ dəqiqləşdiriləcək, lakin bu, 2 milyon avrodan az olmayacaq. Kiyev üçün həm hava hücumundan müdafiə sistemləri, həm də digər zəruri silahlar alınacaq”, – o əlavə edib.