Xəbərlər

Latviyanın Kiyevə dəstək xərcləri 890 milyon avronu keçib

“Latviya hakimiyyəti Ukraynanı dəstəkləmək üçün 890 milyon avrodan çox vəsait xərcləyib ki, bu da Baltikyanı respublikanın ÜDM-nin təxminən 0,7%-ni təşkil edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Latviyanın iqtisadiyyat naziri Viktors Vlainis bildirib.

“Biz həmçinin digər ölkələrə Ukraynaya dövlətin bərpası üçün bütün lazımi yardımın göstərilməsinin zəruriliyini başa düşməyə kömək etməliyik”, – o qeyd edib.