Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Belarusun Rusiyadakı səfiri Aleksandr Roqojnik ikitərəfli münasibətlərin aspektlərini və müxtəlif səviyyələrdə qarşıdakı təmasların cədvəlini müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarusun Moskvadakı səfirliyinin teleqram kanalında martın 31-də keçirilən görüşün yekunlarına dair məlumatda bildirilib.
“Aleksandr Roqojnik Sergey Lavrova 75 illik yubileyi münasibətilə təbrik müraciətini və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun hədiyyələrini çatdırıb. Görüş zamanı ikitərəfli əməkdaşlığın cari məsələləri müzakirə edilib və müxtəlif səviyyələrdə qarşıdan gələn təmasların cədvəli nəzərdən keçirilib”, – məlumatda bildirililib.