Xəbərlər

Lavrov: Çin parlamentinin spikeri iyulda Rusiyaya səfər edəcək

Ümumçin Xalq Nümayəndələri Yığıncağının (Parlament) Daimi Komitəsinin sədri Zhao Leji iyulda Rusiyaya rəsmi səfər etməyi planlaşdırır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Çin parlamentinin spikeri Zhao Lejinin ölkəmizə səfəri iyul ayına planlaşdırılır. Bu, onun BRİCS parlament forumunun iclasında iştirakı ilə eyni vaxta təsadüf edir”, – nazir bildirib.

Lavrov qeyd edib ki, ötən il Federasiya Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının sədri Vyaçeslav Volodin Çinə səfər ediblər.