“Fələstin-İsrail münaqişəsi həll olunmadan Yaxın Şərqdə sabitliyə nail olmaq mümkün deyil”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Strateji Dialoq iclasında çıxışı zamanı deyib.
“Biz Moskvada keçirilən son görüşdə bildirdik ki, Fələstin-İsrail münaqişəsi həll edilmədən Yaxın Şərqdə həqiqi sabitliyə nail olmaq mümkün deyil. Zaman bir daha da təsdiqlədi ki, bu münaqişə həll olunmadan region stabil şəkildə inkişaf edə bilməyəcək”, – nazir bildirib.