“Qəzza zolağında qan tökülməsi BMT Təhlükəsizlik Şurası tərəfindən diqqətdən kənarda qalmaması labüd olan əsas beynəlxalq problemdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov misirli həmkarı Bədr Abdel Ati ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Biz qan tökülməsini tez bir zamanda dayandırmaq, davamlı atəşkəsi təmin etmək üçün atılan addımları alqışlayırıq və BMT Təhlükəsizlik Şurasında da buna çalışırıq. Bu mövzu Təhlükəsizlik Şurasında diqqətdən kənarda qala bilməz, çünki bu, kimin nəyi başqa cür göstərməyə çalışmasından asılı olmayaraq, bu günün əsas beynəlxalq problemdir”, – nazir bildirib.