Xəbərlər

Lavrov: Rusiya ərazisində terror hücumlarında Ukraynanın əli var

“Ukraynanın Rusiyada həyata keçirilən çoxsaylı terror aktlarında, o cümlədən “Crocus City Hall”a hücumda iştirakı şübhəsizdir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Qeyd edək ki, martın 22-də axşam saatlarında Moskvada yerləşən “Crocus City Hall” musiqi salonunda terror aktı törədilmişdi. Son məlumatlara görə, 144 nəfər həlak olub, 551 nəfər yaralanıb. Terror aktının hazırlanmasında və həyata keçirilməsində iştirak etdiklərinə görə 10 nəfər həbs edilib.