“ABŞ və İsrailin Suriyadakı hərəkətləri ölkənin dağılması riski ilə doludur və təhlükəsizlik prinsipini pozur”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya və xarici KİV-ə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Suriyanın parçalanmasına icazə verilə bilməz, bəziləri bunu istəyir”, – Lavrov qeyd edib.
Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, amerikalıların ərazisinin əhəmiyyətli hissəsini qanunsuz olaraq işğal etdikləri və əsas neft yataqlarının yerləşdiyi ərazilərdən olan Suriyanın şərqi ilə məşğul olmaq çox vacibdir.