“ABŞ prezidenti Donald Tramp və komandası Alyaskada keçirilən Rusiya-ABŞ sammitindən sonra Ukrayna nizamlanmasına daha dərindən yanaşmağa başlayıb”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində deyib.
“Tramp və komandası, xüsusən də Alyaskadakı görüşdən sonra Ukraynadakı böhranın həllinə daha dərindən yanaşırlar”, – o qeyd edib.



