“Türkiyə rəhbərliyinin BRİCS-ə qoşulmaq istəyini ciddi niyyət kimi qəbul edirik”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov RBC-yə müsahibəsində Türkiyənin assosiasiyaya üzv olmaq niyyəti ilə bağlı sualı cavablandırarkən deyib.
Bundan əlavə, Lavrov qeyd edib ki, BRİCS-in müəyyən təşkilatların üzvlərinin assosiasiya ilə əlaqəsini qadağan edən heç bir qaydaları yoxdur: “BRİCS ilə müxtəlif formalarda əməkdaşlığı inkişaf etdirən ölkələr üçün əsas məsələ Avropa İttifaqının Ukraynada daim müdafiə etdiyi dəyərləri deyil, ümumi dəyərləri bölüşməkdir”.
“BRİCS-in ümumi qaydalarında deyilir ki, dövlətlərin suveren bərabərliyi, onların daxili işlərinə qarışmamaq, mübahisələrin sülh yolu ilə həlli, bütün dövlətlərin suverenliyinə hörmət labüddür”, – Lavrov qeyd edib.