Xəbərlər

Lavrov: Ukrayna ilə bağlı danışıqlar başlasa, döyüşlərdə fasilələr nəzərdə tutulmur

“Ukrayna üzrə yeni danışıqlar başlasa, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri müsahibəsində deyib.

O həmçinin qeyd edib ki, Ukrayna hakimiyyətinə etibar etmək olmaz: “Birincisi, onlar özünə danışıqlar aparmağı qadağan edib. İkincisi, onlara etibar etmək olmaz”.

“Bu reallıqları nəzərə almaq lazımdır. “Reallıqlar” deyəndə mən təkcə döyüş xəttini və hərbi mövqeləri deyil, həm də bizim torpaqlarımız olan dörd yeni bölgəmizə aid olan konstitusiyamıza dəyişiklikləri nəzərdə tuturam”, – deyə o əlavə edib.

“Tamamilə aydındır ki, onlar bunu başa düşmürlər. Nə də onlar hər hansı potensial kompromis axtarışına hazır deyillər. Bu, onlar üçün alternativsiz Zelenski düsturudur”, – Lavrov yekunlaşdırıb.