“Ukraynada faciə, Fələstində isə fəlakət baş verir”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
“Fələstində bir il ərzində həlak olan dinc əhalinin sayı Ukrayna münaqişəsində 10 il ərzində öldürülən dinc əhalinin sayından demək olar ki, iki dəfə çoxdur. Öldürülən fələstinli mülki vətəndaşların sayının 45 min olduğu təxmin edilir ki, bu, çevrilişdən sonra 10 il ərzində Ukrayna münaqişəsinin hər iki tərəfində ölən mülki vətəndaşların sayından təxminən iki dəfə çoxdur”, – nazir əlavə edib.