Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio dünən telefonla danışıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, həmsöhbətlər Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın avqustun 15-də Alyaskada keçiriləcək görüşünə hazırlığın müəyyən aspektlərini müzakirə ediblər.
“Hər iki tərəf tədbirin uğurla keçirilməsinə sadiq olduqlarını təsdiqləyib”, – məlumatda qeyd olunub.



