“Böyük Britaniya və Avropa İttifaqı (Aİ) mümkün atəşkəsdən əvvəl Ukraynaya silah tədarükünü sürətləndirmək üçün danışıqlar aparır”.
“Füyuzat”ın məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi deyib.
“Biz Ukraynanı hərbi və iqtisadi baxımdan mümkün olan ən güclü dövlət kimi görmək istəyirik. Biz sülh istəyirik, lakin sülhü silah vasitəsilə əldə etmək olar və bu o deməkdir ki, Ukrayna müharibəyə qayıtmaq perspektivinə qarşı çıxmaq üçün mümkün olan ən güclü mövqedə olmalıdır”, – nazir qeyd edib.