“Avropa İttifaqı (Aİ) Suriyanın yeni hakimiyyət orqanları ilə əlaqələri genişləndirməyə qərar verib”.
“Füyuzat”ın məlumatına görə, bunu Ursula fon der Leyen Aİ sammitindən sonra keçirilən mətbuat konfransı zamanı deyib.
“Biz Suriyanın yeni hakimiyyət orqanları ilə əlaqələrimizi gücləndirmək qərarına gəldik. Səfirimiz Dəməşqə qayıdır və biz də heç vaxt kəsilməyən humanitar əlaqələrimizdən istifadə etmək niyyətindəyik. Aİ Suriya ilə qarşılıqlı əlaqədə humanitar yardımdan, o cümlədən yardım donorlarının beynəlxalq konfranslar vasitəsilə toplanan ehtiyatlarından fəal istifadə etmək niyyətindədir”, – Leyen vurğulayıb.