Bu gün “Litera” kitab evində “Fəlsəfə gecəsi” çərçivəsində görüş təşkil olunub.
Tədbirdə görkəmli filosof, Beynəlxalq Fəlsəfə Araşdırmaları Mərkəzinin (İstanbul) rəhbəri Prof. Dr. Səlahəddin Xəlilov (Əbu Turxan) iştirak edib.
Görüş zamanı filosof fəlsəfə, elm və ədəbiyyat arasında qarşılıqlı münasibətlərdən söz açıb, bu sahələrin insan düşüncəsinin formalaşmasındakı roluna diqqət çəkib. Tədbir intellektual müzakirələr və sual-cavab formatında davam edib.
Sonda yazıçı ilə xatirə fotosu çəkilib və imza saatı keçirilib.








