Xəbərlər

Litva 74 gürcü məmurun ölkəyə girişini qadağan edib

Litva hakimiyyəti 74 gürcü məmurun ölkəyə girişinə qadağa qoyub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Baltikyanı respublikanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İnsan hüquqlarının və əsas azadlıqların kobud və sistematik şəkildə pozulmasına, Sakartvelo sakinlərinə qarşı repressiyalara görə (Vilnüs 2018-ci ildən Gürcüstan üçün rəsmi olaraq bu addan istifadə edir – red.) 74 nəfərin Litvaya girişinə icazə verilməyib”, – deyə məlumatda bildirilib.

Sanksiya siyahısına Konstitusiya Məhkəməsinin yeddi hakimi, digər kateqoriyadan olan hakimlər, prokurorlar və polis əməkdaşları daxildir.

2024-cü ilin dekabrında Vilnüs “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili və daha 10 Gürcüstan vətəndaşının, o cümlədən daxili işlər naziri Vaxtanq Qomelaurinin və bir sıra təhlükəsizlik məmurlarının Litvaya girişini qadağan edib.